Azərbaycan-Ermənistan sərhədində Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan nəzarət-buraxılış məntəqəsində 24 saat peşəkar xidmət göstərilir.
Bizim.Media xəbər verir ki, bu barədə AzTV reportaj hazırlayıb.
Bildirilib ki, hava şəraitinin kəskin dəyişməsinə və gecə saatlarına baxmayaraq sərhədçilərimiz iş başındadırlar.
Qeyd edək ki, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə yerləşən Həkəri çayının üzərindəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi qurub.
Sözügedən videomaterialı təqdim edirik:
Bizim.Media