Həyatını itirən Fərid Bakarovun xalası: “Məşqçinin qanında narkotik tapıblar” - VİDEO 

Hazırda oxunan: Həyatını itirən Fərid Bakarovun xalası: “Məşqçinin qanında narkotik tapıblar” - VİDEO 

133991

“Uşaq yıxılsa, bir tərəfi göyərərdi. Onun bütün bədəni gömgöy olub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Baku TV-yə aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası deyib. 

O bildirib ki, oğluna məşq zamanı şiddət göstərən və ölümünə səbəb olan Mehman Xəlilov ən ağır cəza almalıdır:

“O adam həbsxanada çürüməlidir”. 

Mərhum azyaşlının xalası isə Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib: 

“Onun qanında narkotik tapıblar. Bunu hamı bilirmiş. Həmin məşqçi başqa uşaqlara da işgəncə verirmiş”. 

Həmçinin qeyd edilib ki, anası hələ Fəridin döyüldüyü videonu görməyib. 

Ətraflı videomaterialı təqdim edirik: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin