Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını müvəqqəti dayandırdıqları ərazidən son görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Belə ki, ərazidə Rusiya sülhməramlılarına məxsus maşın və Azərbaycan hərbçiləri dayanıblar.
Qeyd edək ki, aprelin 28-də azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını müvəqqəti dayandırıblar. Aksiyaçılar bildiriblər ki, tələblərinə qismən nail olduqlarından, eləcə də dövlət nümayəndələri tərəfindən onlara dəfələrlə edilən müraciətləri nəzərə alaraq, həmin gün saat 18:00-dan etibarən etiraz aksiyasını müvəqqəti dayandırıblar.
Bizim.Media