İranda universitet tələbələrinə silahlı hücum olub.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, universitetin mühafizəçiləri tələbələri müdafiə etməyib.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, dünən Surə İncəsənət Universitetinin ətrafındakı evlərin sakinlərindən biri tələbələrə soyuq silahla hücum edib.
Universitetin təhlükəsizlik xidmətinin işçiləri tələbələri müdafiə etmədən susur, digər hallarda isə tələbələrin ən kiçik şəxsi məsələlərinə müdaxilə edirlər.
Bizim.Media