Rusiyanın Murmansk vilayətinin Monçeqorsk şəhərində MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.
Məlumata görə, MiQ-31 hərbi təyyarəsi Rijquba qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. Pilot özünü təyyarədən paraşütlə ataraq xilas olub.
Qeyd edilib ki, qəza yerinə xeyli sayda xilasedicilər cəlb olunub.
Hadisə yerindən video görüntüləri təqdim edirik:
Bizim.Media