Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələdən sonra ilk bayram namazı qılınıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra ilk Ramazan bayramı namazı Əbdülhəmid Xan məscidində qılınıb.
Bayram namazında məscidə sıx axın olub. Daha sonra zəlzələdən zərərçəkmişlər bayram keçiriblər.
Bizim.Media