Türkiyənin Adana vilayətində AK Partinin Çukurova təşkilatının zəlzələ səbəbiylə boşaldılmış binasına atəş açılıb.
Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, silahlı gənc partiya binasına 14 dəfə atəş açıb. Polis tərəfindən saxlanılmış 24 yaşlı E.K. hazırda dindirilir.
AK Parti sədrinin müavini Erkan Candemir məsələyə münasibət bildirərək hadisəni qınayıb:
"Bütün təşkilatımıza keçmiş olsun".
Silahlı hücum anının görüntülərini təqdim edirik:
Bizim.Media