Ermənilərin Ordumuzun döyüş mövqeyində olan əsgərlərini snayper hədəfində “saxladığını” əks etdirən görüntülərinə anında cavab verilib.
Bizim.Media xəbər verir ki, “Caliber” Ordumuzun snayper qrupunun bütün erməni mövqelərini və əsgərlərinin hər birini snayper hədəfində, daimi nəzarətdə saxladığını əks etdirən video görüntü paylaşıb.
Bildirilib ki, dünyanın ən reytinqli orduları arasında mövqe tutan Azərbaycan Ordusunun peşəkar snayper qrupu düşmənə hər an kabus olmağa hazırdır.
Qeyd edək ki, ötən gün erməni Teleqram kanallarında Azərbaycan Ordusunun döyüş mövqeyində xidmət edən əsgərinin snayper nişangahından videosu yayılmışdı.
Bizim.Media