Gəncədə tələbələr Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə maraqlı fləşmob keçiriblər.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə şəhər Nizami bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Gəncə şəhərinin Baş meydanında "Heydər Əliyev - 100" yazısı nümayiş etdirilib.
Fləşmobda 3 universitet və 2 kollecdən 2500 tələbə iştirak edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu