Bakının Xətai rayonunun Rahib Məmmədov küçəsi, 20 ünvanında yerləşən “Uşaq-əyləncə” parkındakı fontan dağılıb və uşaqlar üçün təhlükə mənbəyinə çevrilib.
Bizim.Media xəbər verir ki, fontanın üzərində və ətrafında olan dəmir hissələr köhnələrək sınıb.
Valideynlərin sözlərinə görə, parkda yerləşən dağılmış fontandan anidən su gəlir və orada dayanan uşaqlar islanırlar:
“Oğlumun velisopedinin təkəri dağılan fontana girib. O tərəfə keçməyinə icazə vermirəm”.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
Bizim.Media