Cəbrayılın ən böyük kəndlərindən olan Horovlunun bir qrup sakini doğulub boya-başa çatdıqları torpağı Novruz bayramında ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, sakinlər Doğmalarının, yaxınlarının dağıdılıb, viran edilmiş qəbirlərini mina təhlükəsinə görə ziyarət etmək şansları olmasa da, doğma ocaqlarında 30 il əvvəl qeyd etdikləri bayramlardan ürək dolusu danışıblar.
Sonuncu dəfə 1993-cü ildə Horovluda qeyd edilən Novruz şənliyini hələ də unutmayan kənd sakinləri, bu torpaqlara qayıdıb yenidən o çal-çağırlı günlərə dönəcəkləri günü səbirsizliklə gözləyirlər.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media