Bir neçə saat öncə Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss edilib.
Bizim.Media xəbər verir ki, zəlzələ nəticəsində bir sıra binada çatlar əmələ gəlib, bir neçə hündürmərtəbəli bina yararsız vəziyyətə düşüb.
Eyni zamanda, insanlar qorxaraq küçələrə çıxıblar. Hazırkı məlumatlara əsasən, zəlzələ nəticəsində ölənlər və xəsarət alanlar yoxdur.
Xatırladaq ki, bu gün Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.
Bizim.Media