Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, İranda yoxa çıxan 27 yaşlı Fərid Səfərlinin yaxınları İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib.
Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" kimi şüarlar səsləndiriblər.
Sonda onlar İran səfirliyinə piketlə bağlı qətnamə təqdim ediblər.
Qeyd edək ki, Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli İranda itkin düşüb.
Məlumata görə, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.
F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, ondan hələ də xəbər yoxdur.
Bizim.Media