Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və satışına başlayıb.
Bizim.Media xəbər verir ki, dinamik görünüşə malik olan yeni model həm eksteryeri, həm də interyeri ilə diqqəti cəlb edir.
Avtomobil ekonomiklik baxımından da sərfəlidir. Belə ki, “Maple X3 PRO” modellərinin yanacaq sərfiyyatı qarışıq rejimdə 5.9 litr təşkil edir. Arxa park radar və görüntü kamerası ilə təchiz olunub.
Eyni zamanda çoxfunksiyalı sükan, sensor monitor, blutuz, USB giriş, dəri oturacaqlar, kondisioner, mərkəzi qapanma sistemi hərəkət zamanı sürücülərə əsl rahatlıq və həzz yaşadacaq.
Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:
Bizim.Media