Tbilisidəki nümayişçilərin sayı 10 mini keçdi – VİDEO  

Hazırda oxunan: Tbilisidəki nümayişçilərin sayı 10 mini keçdi – VİDEO  

124448

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirilir. Qanunverici orqanın yaxınlığına tələbələr, “Qadınlar marşı”nın iştirakçıları, sadə vətəndaşlar, eləcə də müxalifət nümayəndələri gəlib. 

Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları çıxışlarında qadınların ölkənin Avropa seçimindən geri çəkilməyəcəklərini qeyd ediblər. 

"Avropa seçimi bizdən alına bilməz, Avropa - bizim konstitusiya seçimimizdir", - deyə aksiya iştirakçıları bildirir. 
Aksiyada Gürcüstanın dövlət himni səsləndirilib, çıxışlar edilir. Rustaveli prospektində yol bağlanıb. 

Ümumilikdə Tbilisi küçələrində 10 000-dən çox insanın nümayişlərə qatıldığı bildirilir. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin