İranın Tehran şəhərində müəllimlər və valideynlər Təhsil İdarəsinin qarşısında etiraza qalxıb.
Bizim.Media xəbər verir ki bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Bildirilib ki, onlar məktəblilərin zəhərlənməsinə görə, hökumətin cavab verməli olduğunu bildirir və anti-hökumət şüarlar səsləndirirlər:
"Ölüm olsun uşaq qatili olan hökumətə!
Bəsic və SEPAH-çılar, bizim İŞİD sizsiniz!"
Bizim.Media