Hansı abonentlərin sayğacları süni intellektlə yoxlanılacaq? - VİDEO

Hazırda oxunan: Hansı abonentlərin sayğacları süni intellektlə yoxlanılacaq? - VİDEO

123639

“Sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının göstərişlərinin oxunması süni intellekt vasitəsilə hayata keçiriləcək. Bu istiqamətdə SOCAR “Azəriqaz” İB-nin yeni layihəsi artıq paytaxtda tətbiq edilməyə başlanılıb. Proses isə sayğac göstəricilərinin fotosu çəkilməklə həyata keçirilir”. 

Bizim.Media xəbər verir ki, bunu “Azəriqaz”ın Abonent Bazasına Xidmət Şöbəsinin rəis müavini Vüqar Səmədov bildirib.

Qurum rəsmisi “Açıq qapı”da, həmçinin son 1 il ərzində ölkə üzrə ümumilikdə 66 106 yeni əhali abonentinin qeydiyyata alındığını qeyd edib.

Media nümayəndəsinin ölkədə qazın təzyiqinin hansı səviyyədə olması ilə bağlı sualını isə Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ətraflı şəkildə cavablandırıb. Şöbə rəisi havaların kəskin soyuduğu zamanlarda qazın təzyiqi ilə bağlı şikayətlərin daxil olmağını bildirib. 
Sonda Eldəniz Vəliyev abonentlərə ödənişlərdəki fəallığa görə Birliyin adından təşəkkür ünvanlayıb.
 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin