“Biz Azərbaycanla digər regional formatlarda da birgə işləyirik. Burada əsas olaraq Rusiya-Azərbaycan-İran yüksək səviyyəli üçtərəfli formatını qeyd etmək istəyirəm”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclasında çıxışı zamanı deyib.
“Düşünürəm ki, bu formatın da yaxşı gələcəyi var. İndi biz iranlı həmkarlarımız tərəfindən Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə qarşı edilən qanlı hücumun nəticələrinin aradan qaldırılması məqsədilə lazımi tədbirlər görməsində maraqlıyıq. Bu məsələnin həll edilməsinə töhfə verməyə çalışacağıq”, - deyə Lavrov qeyd edib.
Bizim.Media