Sankt-Peterburqda havada görünən naməlum obyektə görə “Kovyor” planı tətbiq edilib. Pulkovo hava limanı hazırda təyyarələri qəbul etmir.
Bizim.Media xəbər verir ki, bu barədə Baza yazıb.
Qeyd olunur ki, belə siqnal təyyarələrin sərhədi qanunsuz keçərkən və ya uçan naməlum obyekt peyda olarkən verilir.
Telegram kanalları qeyd edirlər ki, qırıcılar şəhərin üstündəki səmaya qalxıblar.
Bizim.Media