Rumıniya hava hücumundan müdafiə sistemlərini Moldova ilə sərhədə yerləşdirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Xatırladaq ki, sön günlər Moldovanın ərazisi olan Dnestryanı bölgə ilə bağlı gərginlik yaranıb.
Bu, əsasən Moldovanın yeni Baş naziri Dorin Reçanın Dnestryanı bölgənin demilitarizasiyasının zəruriliyini bəyan etməsindən sonra baş verib.
Onun sözlərinə görə, Moldovada hərbi və ya hibrid əməliyyatların eskalasiyasının real təhlükəsini nəzərdən qaçırmaq olmaz:
“Özümüzü neytral elan etmişik. Bu o deməkdir ki, bizə heç kim toxunmayacaq, amma kimsə bizə yaxınlaşmaq istəsə, biz nə edəcəyik, çantalarımızı alıb qaçacağıq? Unutmayaq, Rusiya ordusu hələ də Dnestryanı bölgədədir".
Baş nazirin fikrincə, rus qoşunları Dnestr çayının sol sahilindən çıxarılmalıdır.
Bizim.Media