Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün zəlzələ bölgəsində səfərdədir.
Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə lideri MHP lideri Dövlət Baxçalı ilə birlikdə Hatayda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə görüşüb.
Türkiyə dövlət başçısı azərbaycanlı xilasedicilərlə foto çəkdirib, onlara öz təşəkkürünü ifadə edib.
Xatırladaq ki, FHN-in qüvvələri indiyədək Kahramanmaraş və Hatayda dağıntılar altından 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxarıblar.
Bizim.Media