“Amerika xalqı bu çətin gündə sizin yanınızdadır və nə lazımsa dəstək verməyə, inşaat işlərində kömək etməyə hazırıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Hatay bölgəzində nazir Çavuşoğlu ilə helikopterlə uçarkən dağıntıların böyük miqyasını gördüm.
Bunları sözlərlə ifadə etmək çox çətindir. Çox sayda binalar, tikililər dağılıb. ABŞ-dan, Britaniyadan gələn xilasedicilərlə söhbət etdim. Onların hər biri əllərindən gələn köməyi edəcəyini bildirdi”, deyə o, qeyd edib.
Bizim.Media