Zəlzələdə yaralananlar Azərbaycan jurnalistinə düşdükləri bəladan danışdılar - VİDEO

Hazırda oxunan: Zəlzələdə yaralananlar Azərbaycan jurnalistinə düşdükləri bəladan danışdılar - VİDEO

121355

Onlar möcüzə nəticəsində əsrin fəlakətindən sağ çıxmağı bacaranlardır. Cismən dağıntılar altından çıxsalar da, ruhən hələ də qurtula bilməyiblər. Kiminin övladı, kiminin ana-atası, kimininsə həyat yoldaşı yanında can verib. İndi onlara mikrofon uzadıb özünüzü necə hiss edirsiz deyə bilmirik. Bütün yaxınlarını itirmiş insana verə biləcəyim təsəlli cümlələri cılız qalır, onlara sadəcə keçmiş olsun dedik…

Bizim.Media xəbər verir ki, Antakyada zəlzələdə evi dağılan Çiğdem Gülər həyat yoldaşı Mehmet Gülər, oğulları 14yaşlı Mustafa və 17 yaşlı Əhməd Yasin ilə birlikdə dağıntılar altında qalıb.

Çiğdem Gülər zəlzələnin 40-cı saatında dağıntılar altından yaralı olaraq xilas edilib, həyat yoldaşı və iki oğlu isə həyatını itirib.

Onun qızı 21 yaşlı Nevin Gülər zəlzələdən bir həftə əvvəl Antakya Dövlət Xəstəxanasının psixiatriya klinikasına yerləşdirilibmiş. İndi o, zəlzələ zamanı xəstəxanada olan qızından xəbər ala bilmir. Omba sümüyünün sınığı səbəbiylə əməliyyat olunan Çiğdem Gülər, "40 saat dağıntılar altında qaldım, yaralandım, amma ürəyim daha çox ağrıyır deyərək dəhşətli fəlakətin acı mənzərəsini ifadə etmiş oldu.

Bu xəstəxanada müalicəsi davam edən yaralılar üzərində ən çox hansı əməliyyatların tətbiq olunduğunu öyrənməyə çalışdıq. Təəssüf ki, dağıntılar altında saatlarla qalaraq müxtəlif bədən xəsarətləri alan şəxslərin bəzi hallarda qolunun, ayağının amputasiya olunduğu qeyd olundu.

Hazırda zəlzələ nəticəsində yaralanan 20 mindən artıq şəxsin xəstəxanalarda müalicəsi davam etdirilir. Ölkənin iri şəhər xəstəxanaları yaralıların tez bir zamanda sağlamlığına qovuşması üçün səfərbər olub.
Daha ətraflı REAL TV-nin hazırladığı reportajda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin