Türkiyəli hərbçilər zəlzələ nəticəsində bir qolunu itirən azyaşlı Fatma Ela Aşıcını xəstəxanada ziyarət ediblər.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, hərbçilər 4 yaş 5 aylıq Fatma ilə xəstəxanada oyunlar oynayıb, uşağın vaxtını əyləncəli keçirməsinə çalışıblar.
Ziyarətin görüntülərini isə Türkiyənin Milli Müdafiə Nazirliyi öz tviter hesabında paylaşıb.
Bizim.Media