Kiyev şəhər şurasının deputatı gülüş ustasını yumruqlayıb.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, deputat Konstantin Boqatovun komediya aktyoruna hücum çəkməsinin videosu ilk olaraq sosial şəbəkələrdə yayılıb.
Belə ki, “Bratislava” art mərkəzində keçirilən konsert zamanı yumor stendapçısı olan Vlad Kapitsa çıxışı zamanı söyüşdən istifadə etdiyi üçün deputat qəzəblənib.
Şounun dayandırılmasını tələb edən Konstantin Boqatov aparıcının üzünə yumruq vurub. Nəticədə gülüş ustasının eynəyi qırılıb.
Hadisə yerinə gələn polislərin nəzarəti ilə deputat zaldan çıxıb və stendap-şou davam edib.
Bizim.Media