Mərkəzi Kahramanmaraş olan zəlzələdən zərər çəkmiş Türkiyənin Osmaniyə şəhərində hadisə anında dağın silkələndiyi görünür.
Bizim.Media xəbər verir ki, anbaan qeydə alınan görüntülər zəlzələnin böyüklüyünü bir daha ortaya qoyub.
Böyük fəlakətin izlərini silmək üçün mübarizə davam edir.
Xatırladaq ki, zəlzələnin üzərindən 8 gün keçir, dağıntılar minlərlə vətəndaşın həyatına son qoyub. Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniyə, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Şəhərlərdə böyük dağıntılar yaşanarkən xilasedicilər daha bir insanı sağ qurtarmaq ümidi ilə işlərini sürətləndirib.Hər keçən gün isə böyük zəlzələ anı ilə bağlı yeni görüntülər ortaya çıxır.
Bu dəfə maraqlı görüntü Osmaniyə şəhərindəndir.
Həmin görüntüləri təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media