Türkiyədə zəlzələ bölgəsində çalışan xilasedicinin bu görüntüləri izləyənləri heyrətləndirdi.
Bizim.Media xəbər verir ki, xilasetmə əməliyyatlarında iştirak edən xilasedici dincəlmək üçün başındakı qoruyucu “kaska”sını çıxararkən, başı tüstülənir.
Kadrlardan göründüyü kimi, xilasedici saatlarca axtarış-xilasetmə işlərində dayanmadan çalışır.
Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələdən sonra 29605 nəfər ölüb. 147 934 nəfər isə yaralanıb.
Bizim.Media