Zəlzələdən sonra Türkiyənin Hatay şəhərinin dronla çəkilən videosu yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülər sanki Hollivudun 2009-cu ildə lentə aldığı məşhur “2012” fantastik filminin kadrlarını xatırladır.
Filmə görə, günəş enerjisindəki dəyişikliklər dünyanın sonunu gətirib çıxarır.
Türkiyənin 10 vilayətindəki yeraltı dağıntıların törətdiyi fəsadlar da həmin filmin dediklərini dolayısı yolla sübut edir. Bu dəfə isə dəyişikliklər yer planetinin daxili enerjisində baş verib.
Bizim.Media