Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarından zəlzələ baş verən ərazilərə gedib.
Bizim.Media xəbər verir Ərdoğan Malatyada çadırlarda yerləşdirilən zəlzələdən zərər görmüş vətəndaşlara baş çəkib.
Türkiyə rəhbəri onlara dəymiş ziyanın ödəniləcəyini, evini itirmiş hər bir vətəndaşın yeni mənzillə təmin ediləcəyini və bərpa-quruculuq işləri müddətində isə əhalinin kirayə xərclərinin ödəniləcəyini qeyd edib.
Ərdoğan zəlzələdə qızını itirən ananın xahişinə əsasən Malatyada yerləşən orta məktəblərin birinə həlak olan gənc qızın adının verilməsi ilə bağlı təhsil nazirinə göstəriş verib.
Bizim.Media