“Fikrimiz yas tutan ailələr və hələ də xəbər gözləyənlərlədir”.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter”ində bildirib.
O, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin sammitindən görüntüləri paylaşıb.
Sammitdə Türkiyə və Suriyada zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Aİ tam həmrəylik nümayiş etdirir”, - paylaşımda qeyd olunur.
Bizim.Media