Heydər Əliyev Fondunun Türkiyəyə yardımı qardaş ölkənin mediasında - VİDEO

Hazırda oxunan: Heydər Əliyev Fondunun Türkiyəyə yardımı qardaş ölkənin mediasında - VİDEO

119381

Türkiyənin “HaberGlobal” televiziyası Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fondun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi ilə bağlı “Azərbaycandan Türkiyəyə yardım əli” adlı süjet hazırlayıb.

Bizim.Media xəbər verir ki, süjetdə bildirilib ki, fevralın 6-da Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun göndərdiyi humanitar yardım artıq Qaziantepə çatıb.

Süjetdə Türkiyəyə ilk humanitar yardımın məhz qardaş ölkə olan Azərbaycan dövlətinin etdiyi xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycan dövləti və xalqı yardım etmək üçün səfərbər olub.

Humanitar yardımın göndərildiyi təyyarədə çəkilən süjetdə Fondun təmsilçisi Elvin Aslanov “HaberGlobal” televiziyasının müxbirinə verdiyi açıqlamada deyib ki, göndərilən vasitələrin içərisində tibbi ləvazimatlar üstünlük təşkil edir:

“Eyni zamanda humanitar yardımın içərisində oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla isti geyimlər də yer alıb”.

O qeyd edib ki, bu yardım hələ ilkdir:

“Bundan sonra da humanitar yardımlar davam edəcək. Bakıda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri Azərbaycan vətəndaşlarından Türkiyədə zəlzələ olan ərazilərdə ehtiyac olunan vasitələrin qəbuluna başlayıb. Növbəti günlərdə həmin yardımlar da Türkiyəyə çatdırılacaq. Proses mərhələli şəkildə davam edəcək”.
Xatırladaq ki, ən son məlumata əsasən fevralın 6-da baş verən zəlzələdə 12 873 insan vəfat edib, 62 937 insan isə yaralanıb.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin