İranın Xoy şəhərində zəlzələnin acı nəticələrini yaşayan insanların yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, video görüntüləri “Azad Iran” telegram kanalı yayıb.
Görüntülərdə Xoy şəhərinin Qazi məhəlləsində zəlzələdən zərər görmüş insanların hələ də qar və soyuqla çarpışdığı ürəkdağlayan vəziyyətləri əks olunub.
Qeyd edək ki, Xoy şəhərində 5,9 bal gücündə zəlzələ olub. Nəticədə xeyli sayda insan həyatını itirib, çox sayda şəhər sakini isə xəsarət alıb. Əsasən azərbaycanlıların yaşadığı ərazilərdə insanlar çadırlarda yerləşdirilib.
Həmin videonu təqdim edirik:
Bizim.Media