Almaniyanın müdafiə naziri Boris Pistorius fevralın 1-də Augustdorf poliqonuna səfəri zamanı Alman istehsalı olan “Leopard 2” tipli A6-nın əsas döyüş tankına minmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti video görüntülər yayıb.
“”Leopard 2” A6 ilə yolsuzluq səfəri – Müdafiə naziri Boris Pistorius bu gün Augustdorfda 68 km/saat sürəti olan tankı sınaqdan keçirdi", - deyə nazirliyin mətbuat xidmətinin məlumatında qeyd edilib.
Qeyd edək ki, ötən həftə Almaniyanın müdafiə naziri Boris Pistorius "Leopard 2" tanklarının Ukraynaya tədarük ediləcəyini açıqlayıb. Nazir Almaniyanın Ukraynaya dəstəyindən əl çəkməyəcəyini vurğulayıb. O, hava hücumundan müdafiəni ölkə üçün bir nömrəli prioritet adlandırıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media