“Söyüş blogeri” İrana casusluq etdiyini etiraf etdi — DETALLAR/VİDEO 

Hazırda oxunan: “Söyüş blogeri” İrana casusluq etdiyini etiraf etdi — DETALLAR/VİDEO 

117046

Tehranda Azərbaycan Səfirliyinə terror hücumu İran rejiminin gerçək üzünü göstərməklə yanaşı, molla rejiminə casusluq edənləri də ifşa etdi. Avropada oturub Azərbaycanı söyən “Azad söz” adlı kanalı da terror hücumuna münasibətdə iç üzünü ortaya çıxardı. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, kanalın sahib Tural Sadıqlı terror hücumundan dərhal sonra açıqlama yayaraq, İran rejimini müdafiə etməyə başladı.

Hətta baş verən hücuma görə, erməni daşnaklarından da irəli gedərək, Azərbaycan dövlətini ittiham etdi.

Təsəvvür etmək çətindir ki, hücuma məruz qalan Azərbaycanın Səfirliyidir, günahkar necə Azərbaycan ola bilər?! 

Tural Sadıqlı bu absurd iddia ilə çıxış edir, terror hücumunu “məişət zəminində” baş vermiş hadisə olaraq göstərməyə çalışır. Hətta iddia edir ki, terrorçunun həyat yoldaşı güya Azərbaycanda qalıb, hücum edən şəxs də səfirlikdən arvadının qaytarılmasını tələb edir. Halbuki, hücumu “məişət hadisəsi” kimi göstərməyə çalışan İran rejimi də, hücumu törədən terrorçunun özü də həyat yoldaşının Azərbaycanda yox, səfirlikdə olduğunu iddia edir.  

“Roma Papasından daha çox katloliklik” edən Tural Sadıqlı isə yalanın barıtını o qədər çox edir ki, İran rejimini də, terrorçunu da yalançı çıxarır, qadının səfirlikdə yox, Azərbaycanda olduğunu deyir. 

Yazdığı ssenari belədir ki, guya hücum edən terrorçunun arvadı Azərbaycanda qalıb, o da dəfələrlə səfirliyə müraciət edib ki, həyat yoldaşını geri qaytarsın, vəd verilib, ama edilmədiyi üçün hücum etmək qərarına gəlib. 

Belə bir ssenari nəinki İranın molla rejimi, yaxud bu ölkənin mediasının, heç terrorçunun öz ağlına belə gəlməzdi. Tural Sadıqlı isə casusluq etdiyi molla rejimini təmizə çıxarmaq üçün elə bir uydurma ortaya atır ki, İranın da, terrorçunun da “əli üzündə” qalıb.  
Əslində, bununla “Azad söz” kanalı İran rejiminə xidmət etdiyini elan etmiş oldu. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin