Cəbi Bəhramov: “İrəvanın ermənilərə verilməsi Cümhuriyyətin səhvidir” - VİDEO

Hazırda oxunan: Cəbi Bəhramov: “İrəvanın ermənilərə verilməsi Cümhuriyyətin səhvidir” - VİDEO

116847

“1918-ci il mayın 29-da İrəvanın ermənilərə verilməsi məsələsi müzakirə olunur. Bu tarixə qədər belə bir məsələ müzakirə olunmayıb”. 

Bunu Bizim.Media-ya müsahibəsində AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.

“Hətta Tələt paşa, Ənvər Paşa tərəfindən yazılan məktubda bu güzəştin edilməməsi istənilib”, - deyə əlavə edən tarixçi alim bir çoxlarının İrəvanın verilməsi məsələsində Osmanlı dövlətini günahlandırmasının doğru olmadığını deyib: 

“Çoxları İrəvanın verilməsini Osmanlı hökumətinin üzərinə yıxmaq istəyir. Bu qətiyyən belə deyil. Biz kimisə ittiham etmirik. Söhbət buraxılan səhvin bu millətə necə baha başa gəlməsindən gedir. İstər Nəriman Nərimanov olsun, istərsə də Cümhuriyyəti yaradanlar. Bunlar da insandır və səhv edə bilərdilər. O səhvin bu millətimn başına gətirdiyi bəlalar göz qarşısındadır”.
Məsələnin tarixçi alim tərəfindən geniş izahını videomaterial şəkilində təqdim edirik:
 


Aygün İbrahimli, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin