Aksiya keçirilən meydanda ucaldılmış bayraq yenisi ilə əvəzlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sözü gedən bayraq aksiyanın ilk günlərində asılmışdı. Bayraq gənc aksiyaçılar tərəfindən bu gün yenisi ilə əvəzlənib.
Xatırladaq ki, Azərbaycanın üçrəngli bayrağı asılan lövhə rus sülhməramlıların məsuliyyət zonasında olduğu üçün burada seperatçı rejimə aid baner yer alırdı.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu