Hostelin daimi sakinləri bir nəfərin qəddar hücumuna məruz qalıb.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, hadisə Rusiyanın Moskva şəhərində yerləşən “Yesenin” hostelində qeydə alınıb.
Bilyard oyunçusunun üzünə fincanla zərbə vurduqdan sonra asayiş pozan şəxs digərlərini də hədəf alıb.
Birinin gözünə acı bibər atıb və bıçaqla müxtəlif fəndlər göstərib. Sonunda onu birtəhər ələ almaq mümkün olub.
Rus vətəndaşının adına pasport təqdim edən kişinin sənədləri saxta çıxıb. Polisin araşdırması nəticəsində məlum olub ki, hosteldə yaşayanlara hücum edən 53 yaşlı Aleksandr Maqay olub. Hazırda o saxlanılıb.
Bizim.Media