Şahin Seyidzadə:“İçərişəhərdə rəqəmsal idarəetmə sistemi tətbiq olunacaq” – VİDEO 

Hazırda oxunan: Şahin Seyidzadə:“İçərişəhərdə rəqəmsal idarəetmə sistemi tətbiq olunacaq” – VİDEO 

111696

“İçərişəhərdə adamda elə bir təəssürat yaranır ki, sanki, daşlar danışır. Şirvanşahlar sarayında olduğun zaman bir anda həmin illərə qayıdırsan. Buradakı tarixi proseslər, hansısa bir dövlətlə, xanlıqla danışıqların aparılması gözümüzdə canlanır. Bu daşlar özü bir tarixdir və hər kəs onu söyləyir ki, İçərişəhərdə olarkən həmin enerjini hiss etməmək mümkün deyil”. 

Bizim.Media xəbər verir ki, bunu “Real Tv”yə müsahibəsində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib. 

“İçərişəhərdə növbəti illər üçün strateji konsepsiyalardan biri, qoruğun smart idarəetmə sisteminin qurulması ilə bağlıdır. Çünki hər bir fərd üçün QR kodlar vasitəsilə tarixi abidələr haqqında lazımi informasiyanı əldə etmək, bələdçilərin müşaiyətindən daha rahatdır. Növbəti üç il ərzində bu layihənin reallaşdırılması nəzərddə tutulur”, - deyə Şahin Seyidzadə əlavə edib. 

İdarə Heyətinin sədri 2022-ci ildə əldə olunan nəticələrə də diqqət çəkib: 

“Birinci istiqamət, icra hakimiyyəti səlahiyyəti funksiyasını daşıyırıq. Çünki İçərişəhərdə yaşayan sakinlərimiz var. İçərişəhər qala şəhəridir, sadəcə qala divarı deyil. Azərbaycanda çoxlu tarixi abidələr olsa da, onların hər biri şəhər deyil, əhalisi yoxdur. İçərişəhərin 354 rəsmi qeydiyyatda olan sakini var. Qala Qoruğunun ümumilikdə əhalisinin sayı isə 2000 nəfərə yaxındır. Bu istiqamətdə nəticələrdən biri, sakinlər üçün mərkəzləşdirilmiş strukturun qurulmasıdır. 

İkinci istiqamət, tarixi abidənin qorunmasıdır. Bu istiqamət çərçivəsində Qala divarlarının bərpası və konservasiyası işlərini davam etdiririk. İllər əvvəl başlayan bu proses, önümüzdəki illərdə də davam edəcək. Bu sahədəki vandalizm əsas problemlərdəndir. Aparılan monitorinq nəticəsində, 73 yerdə vandalizm izləri aşkarlanıb ki, bunlardan 46-sı tarixi abidələrdir. Bu sahədə də müvafiq orqanlarla birgə lazımi tədbirlər görülüb”. 

Şahin Seyidzadə əlavə edib ki, Qala divarları vandalizm izlərindən təmizlənib və son aylarda abidələrin üzərində heç bir vandalizm izi müəyyən olunmayıb. 

Müsahibə ilə videodan daha geniş formada tanış ola bilərsiz: 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin