Hindistanda sel 14 nəfərin həyatına son qoydu – VİDEO

Hazırda oxunan: Hindistanda sel 14 nəfərin həyatına son qoydu – VİDEO

11124

Hindistanın Uttarkxand ştatında təbii fəlakət baş verib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, buzlağın Rişiqanqa çayına düşməsi suyun səviyyəsinin qalxması və daşqına səbəb olub.

Çay su elektrik stansiyasını yuyub, aparıb. Selin fəsadları nəticəsində ölənlərin sayı 14-ə çatıb. 15 nəfər xilas edilib.

2.5 kilometrlik tuneldə qalanların həyatını qurtarmaq istiqamətində işlər aparılır.

Qeyd edək ki, 30 nəfər həmin tuneldə daşqınla uçqun arasında yaşamaq uğrunda mübarizə aparır. Xilasediclər hələ təbii fəlakətin əsir olmuş 30 nəfərin xilasına çata bilməyib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin