İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili etirazçılardan BELƏ QAÇDI – VİDEO 

Hazırda oxunan: İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili etirazçılardan BELƏ QAÇDI – VİDEO 

111197

Ötən gecə İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Seyid Mehdi Hüseyn Mətin oğlu ilə birgə işdən çıxıb avtomobilə minmək istəyərkən etirazçılarla qarşılaşıb. Bunu görən diplomat dərhal səfirliyə qayıdıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.

Məlumatda qeyd olunur ki, etirazçılar diplomata "binamus", “ölüm olsun Xameneiyə” deyə qışqırıblar.
İngiltərədə yaşayan və molla rejimindən narazı iranlılardan biri isə deyib: 

“Biz İranın Londondakı səfirlik binasının önündə çadır quracaq, istər boran, yağış, qar, istərsə də Yeni İl bayramı olsun, burada davamlı aksiya keçirəcək və Xameneinin bayrağı səfirliyin binasından endirilənə qədər burada qalacağıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin