Laçın yolunda Paşinyana TUTARLI CAVAB VERİLDİ – VİDEO  

Hazırda oxunan: Laçın yolunda Paşinyana TUTARLI CAVAB VERİLDİ – VİDEO  

109939

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçilərinin Laçın yolunda keçirdikləri aksiya beşinci gündür ki, davam edir. 

Ermənistanın baş naziri Nikol Paşinyan isə aksiya ilə bağlı çıxışında aksiya iştirakçılarının Qarabağ ermənilərinə qarşı terror əməliyyatı keçirmək istədiklərini iddia edib. 

Bizim.Media xəbər verir ki, aksiyada iştirak edən hərbi ekspert Telman Qasımov Paşinyanın bu iddialarına cavab verib. 

“Paşinyanın sözlərinə qətiyyən inanmayın. Bizim buradakı ermənilərlə heç bir problemimiz yoxdur.

Onlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşı kimi onların burada yaşamaq hüquqları var. Qarabağdakı ermənilərə müraciət edərək deyirəm ki, siyasi rəhbərlərinin sözlərinə qulaq asmasınlar. Kapitulyasiya imzalanıb və siz Azərbaycan vətəndaşı kimi burada yaşamalısınız. Sizə bununla bağlı rəhbərlik səviyyəsində təminat verilib” – deyə T.Qasımov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Aksiya keçirilən ərazidən XƏBƏR VAR - Sülhməramlıların maşınları Xankəndi və əks istiqamətdə hərəkət edir – VİDEO


Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir.

Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin