Ukraynada yerləşən Kiyev Milli İnşaat və Memarlıq Universitetinin azərbaycanlı məzunları ölkəyə humanitar yardım göndəriblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski şəxsi "Facebook" hesabında məlumat verib.
“Ölkəmizin enerji təchizatı obyektlərinin Rusiya qoşunları tərəfindən davamlı atəşə tutulması şəraitində Kiyev Milli İnşaat və Memarlıq Universitetinin azərbaycanlı məzunları Ukraynanın Azərbaycandakı Səfirliyinin köməyi ilə doğma “Alma mater”ə son dərəcə mühüm humanitar yardım – generatorlar göndəriblər.
Layihə Ukraynanın əsl dostu, eyni zamanda, adıçəkilən ali təhsil müəssisəsinin Fəxri doktoru İqbal Babayevin təşəbbüsü və şəxsi iştirakı ilə həyata keçirilib.
Təşəkkürlər, dostlar! Birlikdə dayanacağıq! Birlikdə qalib gələcəyik!”, - deyə ukraynalı diplomat qeyd edib.
Bizim.Media