“Grandma DJ” həyat yoldaşının ölümündən sonra elektron musiqi ilə məşğul olmağa başlayıb.
Bizim.Media “medialeaks”ə istinadən xəbər verir ki, 66 yaşlı Çin vətəndaşı olan Donq Şuntaonun dicey kimi çıxışları gənclər arasında populyarlıq qazanıb.
Çanşa şəhərində yaşayan qadının trekləri Çinin bütün gecə klublarında səsləndirilir.
“Grandma DJ”in həyatı həmişə belə rəngarəng olmayıb. O, 2005-ci ilədək zavodda çalışaraq uşaqlarını saxlayıb. Ərinin ölümü ilə 2019-cu ildə dul qaldıqdan sonra özündə yeni hobbi axtarmağa başlayıb.
Uşaqlarının dəvəti ilə bara gedən qadında diceyliyə maraq yaranır və 6 ay təlimdən sonra indiki şöhrətinə nail olur.
Onun çıxışlarından birinin görüntülərini təqdim edirik:
Bizim.Media