Ötən ayın axırında İranın ali rəhbəri Ayətullah Əli Xameneinin bacısı qızı Fəridə Muradxaninin dünya xalqları və hökumətlərinə müraciəti beynəlxalq mediada sensasiya yaratmışdı. O, müraciətində İran hökumətinin etirazçılara qarşı amansızlığından bəhs edərək, dünya dövlətlərini təmsilçilərini Tehrandan geri çağırmaq və İran səfirlərini ölkələrindən çıxarmaqla rejimə etiraz edən insanlarla həmrəylik göstərməyə çağırmışdı.
Bizim.Media xəbər verir ki, sözügedən video Fəridə Muradxaninin həbsindən bir gün öncə çəkilib.
Noyabrın 23-də o, barəsində yanvardan başlanan cinayət işi çərçivəsində İslam quruluşunun əleyhinə təbliğat aparmaq və ölkənin təhlükəsizliyinə xələl gətirmək ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra qardaşı Mahmud Muradxani sözügedən videonu öz “Youtube” kanalında yayımlayıb.
Həmçinin, dekabrın 7-si Fəridə və Mahmud Muradxaninin anası, Xameneinin bacısı Bədri Hüseyni Xameneinin İran rejiminə qarşı açıq məktubu yayılıb.
“Lazım bildim ki, qardaşımdan imtina etməklə yanaşı, Xomneyinin zamanından tutmuş Əli Xameneinin hakimiyyətinə qədər İslam Respublikasının cinayətləri səbəbilə yasa batmış bütün anaların dərdinə şərik olduğumu ifadə edim. Mən də övladımdan uzaq düşməyin dərdini çəkirəm. Həmişə xalqın səsini Əli Xameneiyə çatdırmağı özümə borc bilmişəm.
Lakin onun günahsız insanları qırdığını görərək, onunla əlaqəmi kəsmişəm. İran əhalisi azadlıq və rifaha layiqdir. Ona görə də əhalinin qiyama qalxması qanuni və zəruridir. Xalqın qalib gələcəyinə inanıram” – deyə o, qeyd edib.
O həmçinin, qardaşına tabe olan hərbçiləri gec olmadan silahı yerə qoymağa və xalqın tərəfinə keçməyə çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:47 / 09.12.2022
İran rəhbərinin bacısı xalqın tərəfinə keçdi – VİDEO
Hazırda oxunan: İran rəhbərinin bacısı xalqın tərəfinə keçdi – VİDEO
Hazırda oxunan: İran rəhbərinin bacısı xalqın tərəfinə keçdi – VİDEO
108781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.