Rusiyanın Saratov vilayətindəki Engels-2 aerodromunun eniş zolağına dron hücumu olub. Nəticədə 2 strateji bombardmançı zədələnib, 2 hərbçi isə yaralanıb.
Bizim.Media ASTRA nəşrinə istinadən xəbər verir ki, bu aviabazada Rusiya Hava Kosmik Qüvvələrinin strateji aviasiyası (Tu-95 və Tu-160) yerləşir.
Təyyarələr vaxtaşırı Xəzər istiqamətində uçaraq oradan Ukrayna ərazisinə raket zərbələri endirirlər.
Engels-2 aerodromu Ukrayna sərhədlərindən təxminən 800 km uzaqlıqdadır. Rusiya strateji aviasiyasının istifadəsindəki Dyaqilevo (Ryazan yaxınlığı) aerodromunda da partlayış baş verib, 3 nəfər ölüb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:40 / 05.12.2022
Rusiya aerodromuna dronla HÜCUM – 2 qırıcı zədələndi - VİDEO
Hazırda oxunan: Rusiya aerodromuna dronla HÜCUM – 2 qırıcı zədələndi - VİDEO
Hazırda oxunan: Rusiya aerodromuna dronla HÜCUM – 2 qırıcı zədələndi - VİDEO
107956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.