Bakıda "karqo şirkətindən gəlmişik" deyib evə hədiyyə gətirənin paketindən qərənfil və qumbara çıxıb.
Bizim.Media "Xezerxeber.az"a istinadən xəbər verir ki, hadisə ötən gün Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında, paytaxt sakini Ceyhun Cəfərzadənin evində baş verib.
Zərərçəkmiş deyir ki, anası ona zəng vuraraq, ''oğlum, sənə hədiyyə göndəriblər'' deyib. Ev sahibi isə qapını açmayıb.
Vəziyyətdən şübhələnən Ceyhun Cəfərzadə dərhal 102-i xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəlib baxış keçiriblər. Sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təhlükəsizliyi təmin etməklə qumbaranı mənzilin qarşısından götürüblər. Polis isə əməliyyat-axtarış tədbirlərinə başlayıb. Ceyhun Cəfərzadə iddia edir ki, qumbaranı mənzilinə keçmiş qayınatası Tiflisxan Bayramov göndərib.
Məsələ ilə bağlı adıçəkilən Tiflisxan Bayramovla əlaqə saxladıq. O, barəsində səslənən iddiaların əsasız olduğunu dedi. Ceyhun Cəfərzadənin keçmiş qayınatası onu da bildirdi ki, bu işə görə polis onu çağırıb və izahatını alıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, faktla bağlı araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bizim.Media
- A-
- A
- A+
Multimedia
09:41 / 18.11.2022
Bakıda qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərdi - TƏFƏRRÜAT/VİDEO
Hazırda oxunan: Bakıda qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərdi - TƏFƏRRÜAT/VİDEO
Hazırda oxunan: Bakıda qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərdi - TƏFƏRRÜAT/VİDEO
105023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.