“Onunla yaşamaq çox maraqlı idi. İndi özümü itirmiş bir vəziyyətdə hesab edirəm. O, çox yaxşı ana idi".
Bu sözləri Bizim.Media-ya açıqlamasında Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın oğlu İlkin Suleymanov deyib.
O bildirib ki, ən son onunla oğlunun toyunda görüşüb:
"Hərbi xidmətə gedəndə, eləcə də Rusiyanın bir çox ölkələrinə gedən zaman arxamca gəlib. Çox qayğıkeş idi, hər zaman nəzəri üstümüzdə idi. Mən 15 ildən çoxdur ki, xaricdə yaşamışam. Onunla çox az görüşürdük. İldə bir dəfə məzuniyyətə gələndə görüşürdük.
Amma telefon vasitəsi ilə görüntü ilə danışırdıq. Sonuncu dəfə, daha doğrusu iyul ayında onunla oğlumun toyunda görüşmüşdük. Ondan sonra Honq-Konqa getdi. Anamın musiqisini dinləyəndə ağlayıram”.
Rəşad Əliyev, Bizim.Media