“Çox pozitiv, müsbət enerjili insan idi. Hamımızı sevirdi. Heç tanımadığı insanları sevən adam idi. Müsbət enerji bəxş edirdi. Onun nə qədər əsərləri, mahnıları qalıb".
Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artist Murad Dadaşov Əməkdar incəsənət xadimi Rühəngiz Qasımovanın vida mərasimində iştirakı zamanı deyib.
M.Dadaşov bildirib ki, onun həyat yoldaşı Rühəngiz xanımın həyat yoldaşı Vasif müəllimlə qohumdur.
"Rühəngiz xanımın getdiyinə üzüldüyümüz qədər, bir o qədər üzümüzdə təbəssüm var ki, o, xatirələrlə bağlıdır. Onun haqda olan xatirə mütləq şəkildə insanı ruhlandırır. Çox heyifslənirəm. Onun haqda olduqca çoxlu xatirələr var. Dünyanı gəzdi. Çox adamın heç görmədiyini Rühəngiz xanım gördü. Özü də bu yaşında.
Həyat yoldaşına çox sadiq idi. Çox adam bilmir, Rühəngiz xanımının həyat yoldaşı Vasif müəllimlə mənim həyat yoldaşım qohumdur. Canan xanım söylədi ki, qohumluq bir yana onun ən yaxın silahdaşı Murad Dadaşovdur.
“Yeni ulduz” musabiqəsinə gəlməyinin təşəbbüskarı da mən idim. Əminəm ki, bu müsabiqə onun gəlişi ilə çox qazandı. Çox gözəl bir insan idi. Sona kimi həyat yoldaşına sadiq qaldı. Onunla danışanda söylədi ki, artıq yoruldum. Həyat yoldaşı üçün çox darıxırdı. Xatirəsi hər zaman anılacaq".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
14:00 / 12.10.2022
Murad Dadaşov Rühəngiz Qasımova haqda: “Müsbət enerjili insan idi” - VİDEO
Hazırda oxunan: Murad Dadaşov Rühəngiz Qasımova haqda: “Müsbət enerjili insan idi” - VİDEO
Hazırda oxunan: Murad Dadaşov Rühəngiz Qasımova haqda: “Müsbət enerjili insan idi” - VİDEO
98866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.