Azad olunmuş ərazilərdə arxeoloji abidələrin bərpasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən "Mədəni və tarixi irsin post-konflikt dövründə bərpası" sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Üzərliktəpə, Qullərtəpə və Yedditəpə kimi arxeoloji abidələrin qorunması üçün addımlar atılıb: “Üzərliktəpədə arxeoloji qazıntılar təşkil olunub. Hazırda Füzulidəki Yedditəpədə qazıntı işləri aparılır”.
Nazir o cümlədən, işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət abidlərinin qorunması və bərpası ilə bağlı yol xəritəsinin təsdiqləndiyini vurğulayıb:
“Bu yol xəritəsi yerli və xarici ekspertlərlə birgə işlənərək hazırlanıb. Bərpa prosesi 6 mərhələdən ibarətdir. Bərpa prosesi bir-birini tamamlayan və məntiqi şəkildə biri digərinin davamı olan mərhələlərdən ibarət olmalıdır.
Bu mərhələlər prosesin dayanıqlı və effektiv şəkildə həyata keçirilməsi şərtləndirilməlidir. Onların ardıcıllığının düzgün müəyyənləşdirilməsi geri dönüşün qarşısını almağa, vaxt və resurs itkisinə yol verməməyə imkan yaradır.
Birinci mərhələ ərazinin minalardan təmizlənməsi də daxil olmaqla, təhlükəsiz, iqtisadi-sosial fəaliyyəti üçün yararlı bir məkana çevrilməsini, ikinci mərhələ infrastruktur və şəhərsalma layihələrinin, ümumi, baş və müfəssəl planların hazırlanmasında abidələrin nəzərə alınmasını, üçüncü mərhələ kommunikasiya xətlərinin çəkilməsini, dördüncü mərhələ abidələrin təmir-bərpa və tikintisinə başlamazdan öncə yer topoqrafiyasının həyata keçirilməsini, beşinci mərhələ bərpa ardıcıllığı və bərpa prosesi çərçivəsində abidələrin gələcək istifadəsi üzrə təyinatların müəyyən edilməsini və altıncı mərhələ eskiz və layihə-smeta sənədinin hazırlanmasını, daha sonra konservasiya və ya bərpa işlərinin icrasını əhatə edir.
Yekun işlər isə aşağıdakı kimidir:
Abidələr müəyyən edildikdən sonra konservasiya, təmir-bərpa və tikinti işlərinin görülməsi üzrə onların qruplaşdırılması həyata keçirilməlidir. Həmin abidələr şəhərsalma layihəsinə daxil edilməli və ərazidə kommunikasoya xətləri çəkilməlidir.
Daha sonra bərpa üzrə işlərdən əvvəl ərazinin və torpağın xüsusiyyətini müəyyən edən çalışmalar aparılmalıdır. Bundan sonra eskiz, layihə-smeta sənədi hazırlamaq gələcək təyinatı nəzərə almaqla abidələr üzərində təmir-bərpa və tikinti işlərinə başlanımalıdır.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri zamanı xarici ekspertlər cəlb edilərək dünya təcrübəsində mövcud olan nümunələr əsasında təhlillər aparılır".
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
13:11 / 06.10.2022
Qarabağda arxeoloji abidələrin bərpasına başlanıldı
Hazırda oxunan: Qarabağda arxeoloji abidələrin bərpasına başlanıldı
Hazırda oxunan: Qarabağda arxeoloji abidələrin bərpasına başlanıldı
97745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.