“Sənətdə artıq adamları görmək istəmirəm” – Şərif Qurbanəliyevdən doğum günü AÇIQLAMASI 

Hazırda oxunan: “Sənətdə artıq adamları görmək istəmirəm” – Şərif Qurbanəliyevdən doğum günü AÇIQLAMASI 

96683

Bu gün tanınmış rejissor Şərif Qurbanəliyevin 59 yaşı tamam olur.

Şərif Qurbanəliyev “Bala, başa bəla”(1995) ,”Tanrıverdinin nağılı”(2008) ,”Bir ovuc torpaq”(2009) kimi komediya filmlərinin və televiziya tamaşalarının quruluşçu rejissorudur.
Yaradıcılığının ilk illərindən AZTV-də çalışan Şərif Qurbanəliyev, 2019-cu ildə uzun müddədli fasilədən sonra AzTV-yə yenidən qayıdaraq “Zəng” filmini çəkib.

Doğum günü ilə bağlı Bizim.Media-ya özəl açıqlama verən rejissor bildirib ki, indi yeganə iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir:

“Artıq 6 ildir ki, universitetdə müəllim kimi çalışıram və hazırda universitetin baş müəllimiyəm. Burada dərs verməkdən və tələbələrlə işləməkdən məmnunan. Vaxtımın demək olar ki, böyük bir qismi universitetdə keçir”.

AzTv-nin hazırkı rəhbərliyinin dəvətindən sonra ora qayıdan rejissor, qısa müddət sonra kanaldan ayrılmasının səbəbini belə izah edib:

“Belə məsləhət oldu və mən AzTv-dəki işimdən ayrıldım. AzTv-də çalışdığım iki il ərzində professor kimi kanalda bir çox işlərim oldu, amma rejissor kimi ancaq “Zəng” filmini çəkə bildim”.

Yaradıcılıqla bağlı bəzi planları olan rejissor hələ ki, onları reallaşdırmaq iqtidarında olmadığı üçün o barədə danışmaq istəməyib. Ən uğurlu səhnə işinin hansı olmasına gəlincə isə rejissor fikirlərini belə ifadə edib:
“Əyər-əksiklərin olmasına baxmayaraq, rejissor üçün reallaşdırdığı bütün sənət nümunələri doğmadır. Zaman ötdükcə insan yaşa dolur və daha da peşəkar olur. Geriyə baxanda ən sevdiyin işlərində belə qüsurlar tapırsan. Düşünürəm ki, ən yaxşı əsərimi hələ yaratmamışam”.

Şərif bəy hazırkı sənət camiyəmizə və orada gedən proseslərə də münasibət bildirib:

“Əgər hərə öz işi ilə məşqul olsa, onda hər şey çox yaxşı olacaq. Sənətdə kənar adamları görmək istəmirəm. Hərənin öz işi var və yaxşı olardı ki, hərə öz işi ilə məşqul olsun”.

Bizsə kollektivimiz adında istedadlı rejissorumuzu təbrik edir, ona niyyətində tutduğu şah əsərini yaratmağı arzulayırıq.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin